Gənc yazar: “Həmin jurnalisti tapıb, ürək sözlərimi demək istədim” - MÜSAHİBƏ

Onun şeirləri ilə təxminən 2017-ci ildə tanış olmuşdum. O zaman onun 17 yaşı var idi. Şeirlərini oxuduqca yaşından daha böyük düşüncədə olduğunun fərqinə vardım. Özünü ifadə etməyi, mütaliəsi, hadisələrə yaşıdlarından fərqli reaksiyası diqqətimdən yayınmırdı. Bütün bu göstəricilər onun şeirlərində tamamlanırdı.İstedaddan doğulmuş gözəl sevgi şeirlərinin müəllifi gənc yazar Məhəmməd Turanla həmsöhbət olduq.
-Məhəmməd, bir neçə ildir qürbətdə yaşayırsan. Qürbət sənə nələri öyrətdi?
- Belarusa təhsil almağa gəldim. Altı ildir burdayam. Yaxın zamanda təhsilimi başa vurub, Azərbaycana qayıtmalıyam. Əslində, özümü çox da qürbətdə hiss etməmişəm bu illər ərzində ancaq, əziz günlərdə, bayramlarda adam təklənir, öz ev-eşiyində, doğmalarının yanında olmaq istəyir. Bu illər ərzində öyrəndiyim ən qiymətli şey o oldu ki, hər kəsdən əvvəl özün üçün yaşamalısan. Təbii ki, içindəki insani hissləri qorumaq şərtilə.
- Bir zamanlar çox aktiv idin. Sonra çox az-az görünməyə başladın. Bu, işlərinlə əlaqəlidir, yoxsa artıq yoruldun?
- Hə, gözəl günlər idi. Qaynar, hərarətli… Ədəbi mühit diri idi. Bilirsən, 5-6 il əvvəl vəziyyət tamam başqa cür idi. Mühitdə ən azından bir az səmimilik, hörmət var idi. İndi elə adamlar bu mühitə soxulublar ki, adam diksinir, yaxın gəlmək istəmir. Qandıqları qrafa yoxdu, ağıllarına gələni yazırlar, danışırlar, söz deyəndə də adamın üstünə elə cumurlar ki, mat-məəttəl qalırsan. Hamı olub jurnalist, qələm adamı, fikir adamı. Mənim ürəyimə yazığım gəldi, ona görə uzaqlaşdım. Çünki, belələrinin əsəbini çəkə-çəkə yaşamaq olmaz. Bir də bu barədə onu demək istəyirəm ki, AYB gərək tezliklə “Gənc ədiblər məktəbi”ni bərpa etsin. Ədəbi mühiti qaynar və duru saxlayan həmin məktəbin yetirmələri idilər. Düzdü, onların da içində naxələflər var, ancaq, hər halda…
-Oxuduqların səni öyrədə bilir?...
- Təbii ki, öyrədir. Öyrənmək insanın ən ali məqsədi olmalıdır. Tək məqsədi yox, həm də ən ali istəyi.
-Qarabağ işğaldan azad olunub. Bir gənc yazar kimi azad Qarabağı necə vəsf edərdin?
- Qarabağı və bu möhtəşəm qələbəmizi vəsf etməyə əjdaha gücü lazımdır. Asan deyil. Bu illər ərzində cənab Prezidentin hər çıxışını, işğaldan azad olunan torpaqlarımız barədə reportajları ürəyim uçuna-uçuna, gözlərim dola-dola izləmişəm. İlk dəfə bu haqda danışmaq istəyirəm, 44 günlük Vətən müharibəsi ərzində mən vətən orucu tutdum. Vətəndən nə qədər uzaqda olsam da müharibənin bütün ağrı-acısını, həyəcanını bütün varlığımla hiss edirdim. Boğazımdan heçnə keçmirdi o günlər ərzində. Şükür bu günə. Əziz şəhidlərimizin ruhuna, cənab Prezidentimizin dahiyanə siyasətinə hər kəs əbədi minnətdar olmalıdır.
-Qürbətdə yaşayan gənc yazar kimi orada Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıtmaq üçün hansı tədbirlər görürdün?
- Belarusdakı səfirliyimizlə, eləcə də diasporamızla xeyli işlər görmüşük. Minskdə, Brestdə, Qomeldə, Vitebskdə, Baranoviçidə Azərbaycan və Qarabağ həqiqətlərinin Belarus ictimaiyyətinə çatdırılması barədə uğurlu layihələr həyata keçirmişik. Əgər bu tədbirlərlə az da olsa nələrsə edə bilmişəmsə, nə xoş mənim halıma.
-Sənin fikrincə, bu cür təqdimatlar dünya ölkələrinə təsir edir?
- Yəqin ki, təsir edir. Çünki, mən Qarabağla bağlı danışanda nə qədər gözü dolan, hüznlənən belarus görmüşəm. İlahi həqiqət hər bir halda təsir qabiliyyətinə malikdi.
-Cəmiyyətin sosial durumu gənc yazar Məhəmmədi qane edir?
- İdeal cəmiyyət yoxdur və ola bilməz, axı. Hamımızı qane etməyən cəhətlər var. Məni təəssüfləndirən məsələlər yuxarıda qeyd etdiyim məsələlərdi. Hərşeyşünas insanların göbələk kimi artması, adını jurnalist qoyub ağlına gələni yazanlar, çayxana söhbətlərini mətbuata gətirənlər və s.
Hardasa 5-6 ay əvvəl Seyran Səxavətin bir müsahibəsi çıxdı rastıma. Əsəbdən az qala əllərim əsə. O boyda yazıçıya elə suallar verib, elə məsələlər barədə danışdırıb ki, bilmirsən nə deyəsən. İstədim tapım həmin jurnalisti, ürək sözlərimi deyim, sonra dedim, qoy rədd olsun. Seyran bəy kimi ziyalılarımız da belə savadsız, natamam insanlara müsahibə verməməlidirlər.
-Qərbin ailə modeli ilə bizim ailə modelimizin arasında nə kimi fərqlər var?
- Ən gözəl ailə modeli bizim ailə modelidi. Ola bilər ki, hansısa hallarda ədalətsizlik olsun. Ancaq, ədalət üstündə qurulan qərb ailə modelini də görürük. Bu model bizə yaraşmır, uyğun deyil. Mən ümumiyyətlə, başa düşmürəm, niyə qərb ideallaşdırılır cəmiyyət tərəfindən? Niyə elə düşünülür ki, qərb müasirdi və hər şey qərbdəki kimi olmalıdı? Qoy qərb sənin ailə modelini götürsün də. Hər bir xalqın öz yaşayış tərzi, öz kodları var. Gərək elə bunlarla da yaşayasan. Kökünə, ənənələrinə bağlı olasan.
- İndi valideynlər daha çox övladlarına rus dilində təhsil verirlər. Bunu üstünlük hesab edirlər. Bu, doğru yanaşmadır?
- Bu nə doğrudur, nə də yanlışdır, bu sadəcə normaldır. Hər kəsin şəxsi seçimi olmalıdır və heç kəsin bu seçimlərə müdaxilə etməyə ixtiyarı yoxdur.
Məsələyə daha dərin yanaşanda isə, dil bilmək lazımdır. Rus dili çox maraqlı və bədii cəhətdən layiqli dildir. Yaxşı ki, bu məsələyə toxundun. Görkəmli yazıçımız Çingiz Abdullayev barədə danışmaq istəyirdim elə.
Bilirsən, sözün həqiqi mənasında Çingiz Abdullayevi dünya tanıyır və Çingiz müəllimə görə Azərbaycanı da tanıyırlar, hörmət edirlər. Çingiz Abdullayev dünyanın ziyalı azərbaycanlı obrazıdır. Ən azından Vətən müharibəsi dövründə Çingiz müəllimin etdiyi çıxışların dəyərini, çəkisini bu insanlar anlamalıdırlar. Çingiz müəllimi elə mənasız məsələlərə görə tənqid edirlər ki, diksinirsən sadəcə. Təbii ki, bu da qısqanclıqdan, xıltdan, savadsızlıqdan meydana gəlir. O boyda yazıçı qalıb uşaq-muşaq əlində. Bax elə bu məsələlərə əsəblərim dözmür, çəkilirəm kənara.
Hələ bəzən elə ziyalılarımız Çingiz müəllimi tənqid edirlər ki, mən onların yerinə utanıram.
Yekə kişilərsiniz, bu ucuzluğu necə sığışdıra bilirsiniz özünüzə? Niyə içiniz bu qədər xıltlıdır?
Əntiqə Kərimzadə
Digər Xəbərlər

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)
"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ

Ramiz Alıyev: “İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələr üçün nümunədir”
jpg-1746435535.jpg)
Akif Nağının Laçın təəssüratları: "Bizim zümrüd İsveçrəmiz..."

Əzimə AĞALAR: "Xatirələrə geri dönməyi heç sevmirəm" - MÜSAHİBƏ

İran Prezidenti Azərbaycan televiziyasına müsahibə verdi - VİDEO
