adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Mart 2018 16:02
266
ƏDƏBİYYAT

Gənc yazıçı Prezident təqaüdünə layiq görülüb

Gənc yazıçı Ömər Xəyyam (Xəyyam Mazanov) Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə gənc yazarlar üçün nəzərdə tutulan təqaüdə layiq görülüb.

Xatırladaq ki, Mazanov Xəyyam Ramazan oğlu ( Ömər Xəyyam) 1989-cu il noyabrın 10-da İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 2008–2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Ailəlidir. Xəyyam Mazanov 1996–2004-cü illərdə İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbində, 2004–2007-ci illərdə İsmayıllı rayonu 5 saylı tam orta məktəbində təhsil alıb.

O, 2013-cü ildən Ömər Xəyyam imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir.

Azərbaycan Yaradıcılıq Fondunun kitab seriyasında "Sayrışan hallar" adlı hekayələr kitabı nəşr edilib.

Qeyd edək ki, Ömər Xəyyam 2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.