“Gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi vacibdir”
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər ölkəmizdə hüquqi bazanın daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”. Bu fikirləri MM-in deputatı Könül Nurullayeva Parlamentdə plenar iclasda çıxışı zamanı belə deyib. Deputat qeyd edib ki, sözügedən qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin icrasına xidmət edir. Onun sözlərinə görə, layihə gender bərabərliyinin təmin olunması istiqamətində aparılan genişmiqyaslı hüquqi araşdırmaların nəticəsidir və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb.
Deputat vurğulayıb ki, dəyişikliklər ümumilikdə 190 fəaliyyət istiqamətini əhatə edir və xüsusilə işləyən qadınların əmək münasibətlərində hüquqlarının daha effektiv qorunmasına yönəlib: “Bu yeniliklər beynəlxalq hüquqi sənədlərin tələblərinə tam cavab verir və Azərbaycanın bu sahədə öhdəliklərinə uyğun şəkildə hazırlanıb”.
K.Nurullayeva bildirib ki, Azərbaycan BMT çərçivəsində qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq gender bərabərliyi istiqamətində mühüm addımlar atıb. Bu məqsədlərin həyata keçirilməsi üçün milli səviyyədə koordinasiya mexanizmləri yaradılıb və müxtəlif dövlət proqramları həmin hədəflərlə uzlaşdırılıb.
Deputat bildirib ki, Dünya Bankı tərəfindən dərc edilən “Qadınlar, biznes və hüquq” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması ölkədə aparılan islahatların nəticəsidir. Onun sözlərinə görə, son illərdə ölkənin göstəricisinin yüksəlməsi gələcəkdə daha böyük irəliləyişlər üçün əsas yaradır.
Bununla yanaşı, deputat diqqətə çatdırıb ki, qadınların məşğulluq imkanlarının genişləndirilməsi, əməkhaqqı bərabərliyinin təmin edilməsi və ailə-məşğulluq balansının qorunması istiqamətində əlavə addımların atılması vacib olaraq qalır. “Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi yalnız qanunvericilikdə deyil, praktikada da tam şəkildə təmin olunmalıdır”, – deyə o vurğulayıb.
Deputat həmçinin təklif edib ki, yeni dəyişikliklərin tətbiqinə nəzarət mexanizmləri gücləndirilməli, əməyin obyektiv qiymətləndirilməsi sistemi təkmilləşdirilməlidir. Onun fikrincə, bu, həm dövlət, həm də özəl sektorda şəffaflığın artırılmasına xidmət edəcək.
K.Nurullayeva gender sahəsində qanunvericiliyin daha da inkişaf etdirilməsi üçün “gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsinin və “xüsusi tədbirlər” anlayışının daha konkret tənzimlənməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu addımlar qəbul ediləcək qərarların daha əsaslandırılmış və effektiv olmasına imkan yaradacaq.
Digər Xəbərlər
30 Aprel 2026 23:48
"Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, Avropada birincidirlər" - Prezident
30 Aprel 2026 20:00
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşdü
30 Aprel 2026 14:54
Elçin Əmirbəyov İtaliyaya işgüzar səfər edib
30 Aprel 2026 13:11
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
30 Aprel 2026 12:51
Əli Əsədov bu nazirliyin kollegiyasının tərkibini dəyişdi
30 Aprel 2026 12:46
Prezident Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışdı
30 Aprel 2026 12:45
"İdmançılarımızda qələbə əzmi çox güclüdür" - Dövlət başçısı
30 Aprel 2026 11:08


Bakı -°C

