General Kənan Seyidovun Naxçıvana təyinatı təsdiqlənib
Xəbər verdiyimiz kimi, avqustun 3-də Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclası keçirilib.
Adalet.az-ın məlumatına görə, iclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.
Xatırladaq ki, ötən ay müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.
General Kənan Seyidov Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini-Qərargah rəisi vəzifələrində işləyib. Vətən müharibəsindəki iştirakına görə müxtəlif orden və medallarla təltif olunub.
Digər Xəbərlər
16 Mart 2026 18:00
Hikmət Hacıyevdən Azıx mağarası ilə bağlı PAYLAŞIM
16 Mart 2026 17:54
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
16 Mart 2026 17:24
Samir Nuriyev Xocavəndin Quzeyxırman kəndindəki işlərlə tanış oldu - FOTOLAR
16 Mart 2026 17:07


Bakı -°C

