Gömrük bəyannaməsində düzəlişlər edilməsinə icazə verildiyi halların sayı artırılıb
Gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verildiyi hallar artırılıb.
Adalet.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.
Beləliklə, bu hallar sırasına aşağıdakılar əlavə edilib:
- malların buraxılışı həyata keçirildikdən sonra 3 (üç) il müddətində bəyannaməçi malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda;
- gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;
- aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;
- yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
Gömrük auditi nəticəsində malların düzgün gömrük proseduru altında yerləşdirilməməsi müəyyən edildikdə gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv ediləcək.
Digər Xəbərlər
02 Iyul 2026 11:59
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
02 Iyul 2026 11:26
FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT - VİDEO
02 Iyul 2026 11:09
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi
02 Iyul 2026 10:23
İnsanlarımıza etibar ünvanı olasınız! - Elxan Şükürlü yazır
02 Iyul 2026 09:42
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi
02 Iyul 2026 09:34
AQİL ABBAS AZƏRBAYCAN POLİSİNİ TƏBRİK ETDİ
02 Iyul 2026 08:43
Azərbaycan polisi – 108 illik şərəfli xidmət yolu
01 Iyul 2026 18:00


Bakı -°C

