adalet.az header logo
  • Bakı -°C
30 Sentyabr 2026 12:33
69
SİYASƏT
A- A+

Şahmar Mövsümov Prezidentin geri qaytardığı qanundan danışdı

"Milli Məclis tərəfindən qəbul olunmuş, “Rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra güzəşt və imtiyazlar” nəzərdə tutan 453 nömrəli Qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

"Bu müddət ərzində həmin Qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrar müzakirə olunmuş və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan yaradıb. Təqdim olunan layihə məhz bu çağırışa cavab verməyə yönəlib. Layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır. O, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrini vahid təşviq yanaşmasında birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir. Qanunun müzakirəsi, həmçinin, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilib və komitənin müvafiq rəyi hazırlanıb. Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir və hörmətli millət vəkillərini bu redaksiyanı dəstəkləməyə çağırıram", - deyə Prezidentin köməkçisi bildirib.