"Ermənistan və Gürcüstandan Azərbaycan Alban irsinə qarşı iddialar bir mərkəzdən idarə olunur"
"Son günlər Ermənistan, Gürcüstan və Azərbaycanda Alban irsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. XüsusilənAzərbaycan xristian irsinə dair müəyyən iddiaların gündəmə gətirilməsi diqqət çəkir. Gürcüstan Patriarxlığının Qax rayonunda Kümrük məbədinə, eləcə də Ermənistanın Qarabağdakı Alban irsi ilə bağlı mövqeyi göstərir ki, məsələ artıq yalnız dini və mədəni müstəvidə qarşıdurmaya hesablanıb".
Adalet.az xəbər verdiyimiz kimi, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, göründüyü kimi, burada əsas məqsəd Cənubi Qafqazda dini və mədəni zəmində problemləri körükləməkdi:
"Çünki regionda sülh və təhlükəsizlik istiqamətində yeni dinamika formalaşır. Bu prosesin qarşısını almaq, regiondakı siyasi və iqtisadi əlaqələri zəiflətmək istiqamətində müxtəlif cəhdlərin olması istisna deyil. Həm Ermənistan, həm də Gürcüstanda Alban irsinin Azərbaycan tarixinin mühüm hissəsi olduğu yaxşı məlumdur. Bu irsə dair ərazi və mənsubiyyət xarakterli iddiaların irəli sürülməsi isə Azərbaycan tərəfindən təbii olaraq həssas məsələ kimi qiymətləndirilir".
O, bildirib ki, bir neçə gün əvvəl Tbilisidə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin görüşü və tərəflərin maliyyə-iqtisadi əməkdaşlıq istiqamətində müzakirələr aparması Cənubi Qafqazda yeni iqtisadi layihələrin formalaşdığını göstərir:
"Məhz belə bir şəraitdə region dövlətləri arasında münasibətlərin gərginləşdirilməsinə xidmət edə biləcək dini və mədəni məsələlərin gündəmə gətirilməsi təsadüfi deyil. Bu baxımdan, Cənubi Qafqazda yaranan yeni əməkdaşlıq və iqtisadi inteqrasiya dinamikasından narahat olan qüvvələrin proseslərə təsir göstərməyə çalışması ehtimalı istisna edilə bilməz.
Gürcüstan və Ermənistan kilsələrinin Rusiya ilə tarixi və institusional əlaqələri var. Rusiya məhz bu dini mərkəzlər vasitəsilə işə başlayıb. Ermənistan Apostol kilsəsi və Gürcüstan Patriarxlığı Rusiyanın regionda dayaqlarıdır.
Azərbaycan Alban xristian irsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır və bu istiqamətdə səsləndirilən iddialara etirazını açıq şəkildə bildirir. Azərbaycan tərəfi üçün əsas məsələ ölkənin tarixi-mədəni irsinin qorunması və bu irsin siyasiləşdirilməsinə yol verilməməsidir".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Sentyabr 2026 13:28
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya edib
30 Sentyabr 2026 13:24
Prezident və xanımı sərgilərlə tanış oldu
30 Sentyabr 2026 12:33
Şahmar Mövsümov Prezidentin geri qaytardığı qanundan danışdı
30 Sentyabr 2026 12:30
Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir
30 Sentyabr 2026 12:20
"Azərbaycanda ailə dəyərləri tənəzzülə doğru gedir" - Deputat
30 Sentyabr 2026 12:01
"Bir sıra hallarda kobud qanun pozuntularına yol verilir" - Deputat
30 Sentyabr 2026 11:46
Deputat sənədsiz evlərdən danışdı
30 Sentyabr 2026 11:44


Bakı -°C

