adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2025 11:35
75
HADİSƏ
A- A+

Goranboyda binanın çökməsi ilə xəsarət alanların ADLARI AÇIQLANIB

Goranboyda yaşayış binasında döşəmə çökməsi zamanı xəsarət alanların adları məlum olub.

Adalet.az xəbər verir ki, xəsarət alanlar bina sakinləri, 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədovadır.

Hazırda xəsarət alan şəxslərin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

***

09:16

***

Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.

Adalet.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsi anidən çöküb.

Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov hadisə nəticəsində 2 nəfərin yüngül xəsarət aldığını bildirib.

Onun sözlərinə görə, hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Bina sakinləri təxliyə edilib.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.