adalet.az header logo
  • Bakı -°C
05 May 2026 20:00
268
HADİSƏ
A- A+

Görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Adalet.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 6-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması ehtimalı var.

Belə ki, sabah magistral yollarda görünüş məsafəsinin dumana görə 300-800 metrədək məhdudlaşacağı gözlənilir.