Göyçayda "narkoəməliyyat" - tutulanlar var
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
25 Iyun 2026 13:11
Bakıda dəniz sahilində su polisi əməliyyat keçirdi - Saxlanılan var
24 Iyun 2026 10:31
“Jurnalist-bloqer” həbs edildi - 10-dan çox şikayətçi var
22 Iyun 2026 11:19
Oğurluqla məşğul olan motosikletçi tutuldu - VİDEO
20 Iyun 2026 12:52


Bakı -°C

