adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2024 17:57
352
GÜNDƏM

Gözəl ölkədir - Səxavət Məmməd yazır

Parlament seçkiləri hələ elan edilməyib, namizədliklər elan edilir.

Mətbuatın boğazına 20 yazı çatısı keçiriləndən bəri politoloq, ekspert, nə bilim bu siyasi juliklər qızıl dövrünü yaşayır. "Ağıllarına" və ağızlarına gələnləri danışırlar, mətbuat da 20 kəmiyyətini gözünün önünə alıb, keyfiyyətsizlərə göz yumur. Əsas say düzəlsin. Vaxt var idi, boş danışanı redaktora vermədən, jurnalist özü silib atırdı ki, yararsızdır. Politoloq, ekspert boşboğazlıq edəndə jurnalistlər sözlə şapalaqlayırdı. İndi gündə bir cür sərsəmləyən adamlar hansısa hadisə baş verəndə çıxıb deyir ki, demişdim. Jurnalist də ona görə görməzdən gəlir ki, siyahısında iki gün sonra bu ipləmənin növbəsidir açıqlama almağa, telefonu açmasa, təzə ekspert, politoloq qayırmalı olacaq. Mətbuatın kəmiyyətinin xidmətçiləri təbii ki, bundan xəbərsizdir və elə bilirlər önəmli şəxsdirlər, beləcə məmurlaşırlar.

Özümü parlament seçkilərinə hazırlayıram. Deyir, qəzet iki şeyə - milçək və siyasətçi öldürməyə yarayır. Klaviaturamı milçəköldürən əvəzi istifadə edəcəm. Deyənlər olacaq, boş ver, danışsınlar da. Cəhənnəmə danışsınlar, sadəcə yerlərini bilməlidirlər.