"Gözləntilərimiz budur ki, Hindistan bu prosesə xələl gətirəcək addımlar atmasın" - Nazir müavini
"Azərbaycanın xarici siyasətində rəhbər tutduğu prinsiplər BMT nizamnaməsində əks olunub. Bizim hər hansı münaqişə ilə bağlı ifadə etdiyimiz mövqe də məhz bu prinsiplərə əsaslanaraq heç bir tərəfin mövqeyinə toxunmamaq kimi yox, beynəlxalq hüquq nəyi tələb edirsə, o formada açıqlanır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib. Nazir müavini bildirib ki, bu eyni zamanda Hindistan və Pakistan arasında olan mübahisə məsələlərinə də aiddir:
"Bu yaxınlarda Azərbaycanın bu məsələ ilə bağlı ifadə etdiyi mövqe də məhz ədalət prinsipinə və beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda Hindistanın Ermənistanla olan münasibətləri, silah ötürülməsi və s. faktlar qeyd edildi. Xüsusilə kövrək dönəmdən keçən Azərbaycan-Ermənistan normallaşma prosesinə Hindistan və digər üçüncü tərəflər məsələyə xüsusi diqqətlə yanaşmalıdır. Burada gözləntilərimiz bütün dövlətlərdən, o cümlədən Hindistandan budur ki, bu prosesə xələl gətirə biləcək hansısa konkret addımlar atılmasın. Azərbaycanın Hindistanla münasibətlərinin gələcəyinə gəldikdə isə Hindistan olduqca vacib ölkədir. Həm iqtisadi, həm də siyasi mövqe nöqteyi-nəzərdən inkişaf etməkdə olan ölkədir. Azərbaycan həmişə Hindistanla münasibətlərinə dəyər verib. Bu münasibətlər BMT nizamnaməsində də əks olunub. Gərək hər iki dövlət eyni dərəcədə yanaşaraq münasibətlərini qursunlar".
Digər Xəbərlər
20 Aprel 2026 20:00
Yuri Qusev Azərbaycana təşəkkür edib
20 Aprel 2026 19:33
Azərbaycan-Türkiyə hərbi təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub
20 Aprel 2026 18:41
Milli Məclisdən Belçika və Niderlandın qərəzli qərarlarına ETİRAZ
20 Aprel 2026 18:00
Azərbaycan Belçika və Niderlanda NOTA VERDİ
20 Aprel 2026 17:30
Əli Əsədov yenidən məmurları topladı
20 Aprel 2026 17:18
Bayramov BMT rəsmisi ilə görüşdü - YENİLƏNİB
20 Aprel 2026 17:01
“İlham Əliyev bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirən siyasi liderdir”
20 Aprel 2026 11:30


Bakı -°C

