“İlham Əliyev bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirən siyasi liderdir”
“Siyasi zəkasızlar və saxtaniyyətlilər: dövrün çatışmayan problemləri. Dünyanın siyasi mahiyyəti bu gün sarsıdıcı şoklar yaşamaqla bərpa oluna bilmir. Çünki lazımlı və lazımsız müharibələr ard-arda tətbiq etdikləri şoklarla dünya siyasətini gərgin, anlaşılmayan və sıxıcı vəziyyətdə saxlayır. Bu isə bəşəriyyətə proqnozlaşdırılması çətin olan yeni siyasi dövrlər yaşadır. Amma bəşəriyyətin bu proseslərə reaksiyası adekvat görünmür. Biz bilirik ki, insan yaşadığı mühitə tabedir və onu məhz həmin mühit yetişdirir. İnsan bir anlıq özünü o mühitdən ayıra bilsə, dünyanın siyasi mənzərəsi daha aydın görünər”.
Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
Onun sözlərinə görə, lakin bunu hər kəs bacarmır:
“Çünki bu, yalnız siyasi-strateji düşüncə sahiblərinə xasdır. Nəzərə alsaq ki, bəşər cəmiyyəti tam şəkildə siyasi deyil, bu xüsusiyyət yalnız siyasilərə aid ola bilər. Belə reallıqlarla üz-üzə qaldıqda strateji düşünmək, populizmdən uzaq durmaq, məlumatları analiz etmək, beynəlxalq münasibətləri anlamaq, siyasi zəka və dürüstlük, reallığı düzgün oxumaq, prinsipiallıq və şəffaflıq vacibdir”.
O, bildirib ki, bu gün İlham Əliyev bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirən siyasi liderdir:
“Qərarlarının uzunmüddətli nəticələrini hesablayır, həm daxili, həm də beynəlxalq vəziyyəti ayıq və sistemli şəkildə qiymətləndirir. Mövqeyində illərdir sabit qalaraq çeviklik nümayiş etdirir və ictimaiyyətə qarşı açıq davranır. Nəticə etibarilə, bu cür yanaşma və kombinasiyalar dayanıqlı və effektiv siyasətlə ölkəmizi irəli aparır, zəfərlərin əldə olunmasına şərait yaradır. Ağıllı düşüncə, təmiz niyyət və məsuliyyət sayəsində bu inkişafa nail olduq və bu uğurları qazandıq. Çox təəssüf ki, bəzi saxta niyyətlilər və zəkasızlar riyakar və ağılsız siyasətləri ilə qazandığımız qələbələrin üstündən xətt çəkmək niyyəti ilə xarici və daxili düşmənlərin əlində alətə çevrildilər. Bu tip insanlar ictimaiyyət qarşısında başqa, pərdə arxasında isə başqa cür davranmaqla, milli maraqları şəxsi və xarici maraqlara qurban verməklə, manipulyasiya və yalan informasiyalar yaymaqla, milli ideologiyadan özləri üçün alət kimi istifadə etməklə cəmiyyəti aldatmaq, dövlətin inkişafına zərbə vurmaq və insanlarda siyasətə inamı azaltmaqla məşğul olurlar. Bu saxta niyyətlilər öz layiqli cəzalarını almalıdırlar. Cəza alanlar da var, lakin bu prosesləri davam etdirən və cəzasız qalanlar da mövcuddur. Onlar da mütləq cəzalandırılmalıdır. Bu təhlükəli oyunlarla oynamaq yalnız ağılsızlıq və zəkasızlığın birləşməsi ilə mümkün olur. Lakin cənab Prezident zəka və müdrik idarəetmə ilə ölkəmizi dünya siyasətində ən uca zirvələrə qaldırdı və bu saxta niyyətlilərin niyyətlərini gözlərində qoydu. Tarix boyu dövlətlərin taleyi iki amildən asılı olub: liderlərin düşüncə səviyyəsi və niyyətlərin səmimiliyi. Bu gün biz böyük nəticələr əldə etməklə bu amillərin şahidi olduq və bu tarixləri dövlətimizin aktivinə yazdıq. Biz bu düşüncənin, bu amalın və bu niyyətin arxasınca gedir və onu müdafiə edirik. Bu uğurlar bir tarixdir səmimiyyətin tarixidir.Hər şey Vətən üçün, hər şey Azərbaycan üçün!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Aprel 2026 18:41
Milli Məclisdən Belçika və Niderlandın qərəzli qərarlarına ETİRAZ
20 Aprel 2026 18:00
Azərbaycan Belçika və Niderlanda NOTA VERDİ
20 Aprel 2026 17:18
Bayramov BMT rəsmisi ilə görüşdü - YENİLƏNİB
20 Aprel 2026 11:30
“ABŞ-nin “Hörmüz boğazı”nı uzun müddət mühasirədə saxlaması...” - Politoloq
20 Aprel 2026 11:16
Rus dilinin siyasi alətə çevrilməsi hazırda imkansızdır - Politoloq
20 Aprel 2026 10:50
ABŞ və İran çərçivə sazişi imzalaya bilər - Politoloq
20 Aprel 2026 10:08
Bakı–Banqkok Bəyannaməsi qəbul olunub
20 Aprel 2026 09:27


Bakı -°C

