Günay Əfəndiyeva Daşkənddə Maqsud Şeyxzadənin heykəlini ziyarət edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində milliyətcə azərbaycanlı olan, görkəmli özbək şairi Məqsud Şeyxzadənin Daşkənd şəhərində ucaldılmış heykəlini ziyarət etmiş, onun abidəsi üzərinə güllər qoymuş və əziz xatirəsini ehtiramla yad etmişlər.
Fondun Prezidenti Məqsud Şeyxzadənin iki qardaş xalqın – Azərbaycanın və Özbəkistanın fəxri olduğunu, öz yaradıcılığı ilə hər iki dövlətin bir-birinə daha da yaxınlaşmasına dəyərli töhfələr verdiyini bildirmişdir. M.Şeyxzadənin bədii irsini yüksək qiymətləndirən Günay Əfəndiyeva onun həm də Türk ədəbiyyatının təbliği istiqamətində geniş fəaliyyət göstərdiyini, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhdimqulu Fəraqi, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Rəsul Rza, Nazim Hikmət, Osman Sarıvəlli və sair kimi türk dünyasının böyük söz sənətkarlarının əsərlərini özbək dilinə tərcümə etdiyini vurğulamışdır.
Səfər çərçivəsində Fondun nümayəndə heyətini Özbəkistan Mədəni İrs Agentliyinin birinci müavini, görkəmli alim, proffessor Tursunəli Kuziyev və digər rəsmilər müşaiət etmişdir.
Digər Xəbərlər
01 Aprel 2026 10:42
Leyla Əliyevadan Rasim Balayevlə bağlı PAYLAŞIM
31 Mart 2026 17:31
Alim Qasımov Rasim Balayevlə xatirələrindən DANIŞDI
31 Mart 2026 12:11
Xalq artisti: “ Mənim üçün “Nəsimi”, “Babək” indi öldü”
30 Mart 2026 21:10
Rasim Balayevin oğlu atasının ölümündən DANIŞDI
30 Mart 2026 14:30
Rasim Balayev dəfn edildi - YENİLƏNİB
30 Mart 2026 10:37
Rasim Balayevin Alim Qasımovla MÖHTƏŞƏM DUETİ - VİDEO
30 Mart 2026 09:36
“Heç şübhəsiz, Rasim Balayev kinomuz üçün daha böyük obrazlar yarada bilərdi...”
29 Mart 2026 21:40


Bakı -°C

