Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
Gün ərzində güclü stress yaşayan insanlar yuxularında daha çox mənfi emosiyalarla qarşılaşırlar. Yeni araşdırmada xüsusilə yaxınlarla münasibətlərdən və maddi problemlərdən qaynaqlanan gərginliyin yuxulara təsiri diqqət çəkib.
Adalet.az xəbər verir ki, araşdırmada 17-61 yaş aralığında 65 nəfər iştirak edib. Onlar iki həftə ərzində gördükləri yuxuları gündəliklərinə yazıblar, ümumilikdə 276 yuxu qeydə alınıb.
Yuxuların 39 faizində qorxu, kədər, qəzəb və digər mənfi emosiyalar müşahidə olunub. İştirakçılar yuxuların təxminən 11 faizini kabus kimi qiymətləndiriblər.
Tədqiqatçılar gündəlik həyatda stress səviyyəsi yüksəldikcə yuxulardakı mənfi emosiyaların da gücləndiyini müəyyənləşdiriblər. Yaxınlarla münasibətlərə və maliyyə çətinliklərinə görə yaşanan narahatlıqla bu emosiyalar arasında əlaqə daha aydın olub.
Bununla belə, yaxınlardan dəstək almaq və müsbət düşünmək kimi stresslə mübarizə üsullarının yuxuların emosional məzmununa statistik baxımdan əhəmiyyətli təsiri aşkarlanmayıb. Alkoqol və siqaret istifadəsi ilə bağlı da belə bir təsir qeydə alınmayıb. Bu nəticə həmin vərdişlərin faydalı və ya zərərsiz olduğu demək deyil.
Alimlər nəticələrin əlavə araşdırmalarla yoxlanılmalı olduğunu vurğulayıblar. Çünki tədqiqat iştirakçıların öz qeydlərinə əsaslanıb, iştirakçı sayı az olub və onların əksəriyyətini gənc tələbələr təşkil edib. (lent.az)
Digər Xəbərlər
28 Oktyabr 2026 13:11
Tanınmış jurnalist "Bolmart"dan aldığı çörəkdə şübhəli ləkələr və kif aşkarladı - FOTO
26 Oktyabr 2026 21:00
İki mal ayağı: 25 manat!
26 Oktyabr 2026 17:17
Uçuş zamanı yuxuya gedirlər - Pilotların etirafı
26 Oktyabr 2026 11:56
Əsəd Cahangirdən maraqlı status
25 Oktyabr 2026 13:07
Heyva doğrandıqdan sonra niyə qaralır? - Rəngini qorumağın praktik yolları
25 Oktyabr 2026 13:00
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
24 Oktyabr 2026 10:23
Lotereyada ada qazanmışdı - 220 minə satır
24 Oktyabr 2026 10:00


Bakı -°C

