Gürcüstan DTX rəisi Bakıya səfər edib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasında səfərdə olan Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Tamaz Boraşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Adaet.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Qonaqları Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirən general-polkovnik Əli Nağıyev çoxəsrlik tarixə malik Azərbaycan-Gürcüstan əlaqələrinin xalqlarımızın qarşılıqlı hörmət və etimadına, səmimi dostluğuna əsaslandığını, həmçinin ölkələrimzin rəhbərləri arasında da eyni prinsiplərə söykənən münasibətlərin formalaşdığını qeyd edib.
Tamaz Boraşvili öz növbəsində səmimi qəbul üçün minnətdarlığını bildirərək, artan qlobal təhdidlərə qarşı mübarizədə hər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyinə diqqət çəkib.
Daha sonra görüş iştirakçıları mövcud strateji tərəfdaşlıq münasibətləri, qarşılıqlı maraq doğuran aktual məsələlər, regionda cərəyan edən son proseslər və müasir təhlükəsizlik çağırışları ətrafında geniş fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
19 Noyabr 2026 11:58
Qafarova-Matviyenko ilə görüşüb
19 Noyabr 2026 10:25
“3 liderin Çində razılaşma əldə etməsi həm də ona görə mümkün deyil ki...” – Politoloq
19 Noyabr 2026 10:22
Alen Simonyan dekabrda Azərbaycana gələcək
19 Noyabr 2026 08:13
Rəsmi Bakıdan Fransaya ÇAĞIRIŞ
18 Noyabr 2026 23:49
Ceyhun Bayramovla Hakan Fidanın telefon danışığı oldu - YENİLƏNİB
18 Noyabr 2026 21:00
Sahibə Qafarova Türkmənistana getdi
18 Noyabr 2026 20:30
Azərbaycan-ABŞ əməkdaşlıq layihələri müzakirə olundu
18 Noyabr 2026 17:51


Bakı -°C

