adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2026 10:22
34
SİYASƏT
A- A+

Alen Simonyan dekabrda Azərbaycana gələcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana səfər etməyi planlaşdırır.

Adalet.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Simonyan jurnalistlərə açıqlamasında danışıb. 

“Gələn ay Azərbaycana səfərim olacaq, lakin Bakıya deyil”, - deyə o bildirib. 

Onun sözlərinə görə, səfər çərçivəsində texniki məsələlər və iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müzakirə ediləcəyi gözlənilir. 

Xatırladaq ki, iyunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Dilican şəhərində həmin ölkənin Təhlükəsizlik Şurasının həmin dövrdəki katibi Armen Qriqoryanla işgüzar görüş keçirib.