adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Aprel 2021 16:31
18413
DÜNYA

Gürcüstan Parlamentinin yeni spikeri seçilib

Gürcüstan Parlamentinin vitse-spikeri Kaxa Kuçava səs çoxluğu ilə respublikanın qanunverici orqanının sədri vəzifəsinə seçilib.

Bu barədə “Rustavi 2” telekanalı xəbər yayıb.

Məlumata görə, onun namizədliyini 86 millət vəkili dəstəkləyib, altı nəfər əleyhinə çıxıb.

Xatırladaq ki, aprelin 24-də Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze istefa qərarı barədə bəyan edib. Bundan sonra hakim “Gürcü Arzusu” Partiyası Kuçavanı bu vəzifəyə namizəd irəli sürüb.