"Gürcüstanda inqilab etmək üçün 4 dəfə cəhd olunub" - Kobaxidze
![](https://adalet.az/uploads/img/posts/2025/02/08/6jpg-1739017965.jpg)
Son dörd il ərzində Gürcüstanda inqilab etmək üçün 4 dəfə cəhd olunub. Bu dörd cəhddə xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər iştirak edib. Biz xarici agentliklərə QHT-lər vasitəsilə inqilablar təşkil etmək cəhdlərinə qarşı durmalıyıq. Bu bizim gürcü xalqı qarşısında məsuliyyətimizdir.
Adalet.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib.
Baş nazirin sözlərinə görə, bu, lazımi diqqət tələb edir və “Şəffaflıq haqqında” qanun Gürcüstanda hər kəsin QHT-lər və xarici maliyyə vasitəsilə növbəti inqilab təşkil etmək cəhdinin qarşısını almağa hesablanıb.
“Biz keçən il ABŞ-ın “Xarici agentlər haqqında” qanununun (Foreign Agents Registration Act- FARA) yumşaq versiyasını əldə etmişik. Hər şeyi nəzərə alaraq və hər şeyin, o cümlədən ABŞ-da baş verən hadisələrin fonunda Amerikanın “Fara”sını kopyalamaq qərarına gəldik. Avropa İttifaqı da oxşar qanun qəbul etmək istəyirdi və onlar birbaşa, rəsmi şəkildə bildirdilər ki, Gürcüstanda analoji qanun qəbul edildiyinə görə, artıq Avropa İttifaqında bu qanunu qəbul edə bilməyəcəklər. Çünki o zaman Gürcüstanı eyni qanunu qəbul etdiyinə görə tənqid etməyə daha mənəvi haqları olmayacaqdı. İndi qəribədir ki, bizim elanımız ABŞ-da “Fara” qanununun yumşaldılması ilə üst-üstə düşdü. Burada “Dərin Dövlətin” əli ola bilər və bunu gələcək göstərəcək”, – deyə Kobaxidze vurğulayıb.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2025/02/08/11jpg-1739026193.jpg)
Pezeşkian: İranın sanksiyalara baxmayaraq, inkişaf edə biləcəyinə əminəm
![](https://adalet.az/uploads/img/posts/2025/02/08/12jpg-1739022854.jpg)
Çində torpaq sürüşməsi: 30 insan itkin düşdü
![](https://adalet.az/uploads/img/posts/2025/02/08/33jpeg-1738998224.jpeg)
"ABŞ-nin Qəzzaya daxil olmasına icazə verməyəcəyik" - HƏMAS
![](https://adalet.az/uploads/img/posts/2025/02/08/9jpg-1738996772.jpg)
Türkiyədə əməliyyat: PKK-nın 2 əsas üzvü ələ keçirildi
![](https://adalet.az/uploads/img/posts/2025/02/08/5jpeg-1738992392.jpeg)
Ərdoğanla Makron regional məsələləri müzakirə etdilər
![](https://adalet.az/uploads/img/posts/2025/02/08/3jpg-1738991919.jpg)
Baxçalı ilə danışdım, səhhəti yaxşıdır - ƏRDOĞAN
![](https://adalet.az/uploads/img/posts/2025/02/08/2jpg-1738991838.jpg)
Trüdo ağzından qaçırdı: Tramp həqiqətən bunu edə bilər
![](https://adalet.az/uploads/img/posts/2025/02/07/14jpeg-1738937326.jpeg)