Hamı müəllimə borcludur...
Bu dünyada bizim Allaha , valideynə, bir də müəllimə borcumuz var! Və o borc ki, onu heç vaxt qaytara bilməyəcəyik.Bəlkə qaytaran var , mən bilmirəm! Əgər qaytaran varsa, nə gözəl!
Tək bizdə deyil dünyanın hər yerində müəllimə çox böyük hörmət və qayğı var! Bunu çoxları yaxşı bilir. Avropa ölkələrində ən yüksək maaşı müəllimlər alırlar .Almaniyada da yüksək əməkhaqqı müəllimlərə verilir. Belə ki,hakimlər bir vaxtlar maaşlarının müəllmlərin maaşlarına çatdırılması üçün kansler Angela Merkelə müraciət edirlər
.O isə deyir ki, bu heç cürə mümkün deyil! Çünki onlar öyrədən , siz öyrənənsiniz!Belə bir müraciət vaxtılə Mustafa Kamal Atatürk də olub. Böyük siyasətçi və tarixi şəxsiyyət deyib ki, maaşları artırın, amma müəllimlərin maaşından az olsun! Bizim ölkəmizdə də müəllimlər ən yüksək maaş və pensiya almalıdır!
Düzdür, son illər onların əməkhaqları xeyli artırılıb.Amma su- kanal idarələrin rəisləri onlardan dəfələrlə çox maaş alır. Təqaüddən isə danışmağa dəyməz.Müəllimlər ən az təqaüd alan peşə sahiblərindəndir! Bax , bu barədə hökumət yaxşı - yaxşı düşünməli və tezliklə müəllimləri sevindirməlidir!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
03 Noyabr 2026 17:19
Daha 20 tələbəyə təqaüd veriləcək
02 Noyabr 2026 17:51
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
02 Noyabr 2026 15:25
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşdi
02 Noyabr 2026 13:03
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
02 Noyabr 2026 11:28
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan etdi
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12


Bakı -°C

