“Bütün fitnələrin, riyakarlığın və ikiüzlülüyün qarşısını ləyaqətlə aldıq”
“23 il bundan əvvəl, 2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni bir mərhələnin əsası qoyuldu. Həmin tarixdən başlayan dövr Azərbaycanın dövlətçilik salnaməsində mühüm yer tutdu. Bu 23 il ərzində ölkənin keçdiyi siyasi yol, qarşılaşdığı sınaqlar, qəbul edilən qərarlar və əldə olunan nəticələr dövlətçilik tariximizin mühüm səhifələrini təşkil edir”.
Adalet.az xəbər verir ki, “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
Politoloq bildirib ki, dövlətçilik zamanla ölçülür, onun həqiqi dəyəri isə tarixə, cəmiyyətə və gələcək nəsillərə töhfəsi ilə qiymətləndirilir:
“Ləyaqət dövlətin öz milli maraqlarını müdafiə etməsində, qürur hissi ilə xalqın öz tarixinə, suverenliyinə və gələcəyinə sahib çıxmasında təcəssüm olunur. Bəli, biz bu ləyaqəti, dövlətçilik ləyaqətini 23 ilə qazandıq. Yüz illər idi ki, bu nəfis siyasi havanı, bu qürurla dolu siyasi atmosferi öz ciyərlərimizə doyunca çəkə bilmirdik. Amma 23 ilə öz dövlətimizin bütün vücudunu ləyaqət, əxlaq məziyyətləri və inqrediyentləri ilə tam təmin etdik. 23 ilə 230 ilə bərabər uğurlar əldə etdik”.
R.Hüseynov deyib ki, artıq 23 ildir ki, İlham Əliyev böyük Azərbaycanı idarə edir və biz bunu fəxrlə deyə bilərik:
“Bununla da ölkənin müasir tarixində yeni mərhələnin əsası qoyuldu və bu mərhələ dövlətin aktivinə qürurlu bir dövr kimi həkk olundu. Bu illərin siyasi mənzərəsi yalnız qazanılan nailiyyətlərlə deyil, qarşıya çıxan çətinliklər, verilən qərarlar və onların nəticələri ilə də qiymətləndirilməlidir. Bütün çətinlikləri ləyaqətlə dəf etdik, bütün iradlara, təzyiqlərə və təsirlərə ləyaqətlə cavab verdik. Bütün fitnələrin, riyakarlığın və ikiüzlülüyün qarşısını ləyaqətlə aldıq. Nəticədə, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız, bütün azərbaycanlılar üçün şərəfli, şanlı, qüdrətli, suveren və qürurlu bir dövlət quruldu. Bu gün fəxrlə “Biz azərbaycanlıyıq!” deyə bilirik.Uğurlarla dolu bu 23 ildə şanlı tariximiz yazılıb. Gələcək illərin də nailiyyətlərlə, zəfərlərlə və qürurverici anlarla dolu olmasını arzulayaq. Müdriklik, dəyanət, qətiyyət və prinsipiallıqla zəfərlərimizi davamlı edək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Oktyabr 2026 13:51
İlham Əliyev onları qəbul etdi - FOTO
16 Oktyabr 2026 13:43
Prezident onları "Tərəqqi" medalı ilə təltif etdi
16 Oktyabr 2026 12:02
“Ədalətsizliyə Azərbaycan öz gücü ilə son qoyub...”
16 Oktyabr 2026 11:45
Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz etməməlidir
16 Oktyabr 2026 11:37
Sahibə Qafarova: Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə olub
16 Oktyabr 2026 11:09
Milli Məclis Prezident və birinci xanımı təbrik edib
16 Oktyabr 2026 11:07
“ABŞ 2030-cu ilə qədər Hindistanla ticarəti 500 milyard dollara çatdırmağı...”
16 Oktyabr 2026 11:00


Bakı -°C

