Sahibə Qafarova: Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə olub
1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə idi.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, ölkənin müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı dövrdə 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçilik tarixində dönüş nöqtəsi oldu:
"Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi. Milli-dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi. Dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi, onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi".
S.Qafarova həmçinin vurğulayıb ki, İlham Əliyevin prezident seçilməsi isə müstəqil dövlətçiliyin inkişafında yeni dövr açıb:
"Son dövrün ən böyük nailiyyətləri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında qazanılan tarixi qələbələr olub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir. Bu mükəmməl uğurlar Azərbaycanın tarixində yeni dövr açıb, dövlətimizin inkişafı üçün prinsipcə yeni siyasi və strateji şərait yaradıb".
Digər Xəbərlər
16 Oktyabr 2026 12:02
“Ədalətsizliyə Azərbaycan öz gücü ilə son qoyub...”
16 Oktyabr 2026 11:45
Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz etməməlidir
16 Oktyabr 2026 11:09
Milli Məclis Prezident və birinci xanımı təbrik edib
16 Oktyabr 2026 11:07
“ABŞ 2030-cu ilə qədər Hindistanla ticarəti 500 milyard dollara çatdırmağı...”
16 Oktyabr 2026 11:00
Milli Məclisin iclası başladı
16 Oktyabr 2026 10:32
"Bakı ilə Ankara arasındakı münasibətlərə heç bir qüvvə xələl gətirə bilməz"
16 Oktyabr 2026 10:10
“Azərbaycan AQEM-də də etibarlı tərəfdaş kimi qəbul olunur”
16 Oktyabr 2026 09:13


Bakı -°C

