“Şuşa artıq Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilməkdədir”
“Bu həftə Azərbaycan tarixinin ən önəmli günlərindən biri olan Şuşanın işğaldan azad olunması- Şuşa şəhəri günü qeyd ediləcək. 6 il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Həmin gün Azərbaycan tarixinə həmçinin Zəfər günü kimi də düşdü”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
“İşğal müddətində baxımsız şəhərə çevrilən Şuşa artıq Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilməkdədir. Şuşa bərpa olunur və yenidən qurulur. Öz tarixinə Zəfərdən sonra yenidən qovuşan Şuşa öz doğma sakinlərini də qarşılamaqdaddır.Zəfərdən sonra Şuşada neçə nəfər daimi məskunlaşıb?Şuşa şəhəri daxil olmaqla Şuşa rayonunda məskunlaşma davam etdirilir. Növbəti Şəhər Gününə hazırlaşan Şuşa rayonu üzrə indiyədək 420 ailə və ya 1579 nəfər daimi məskunlaşıb. Onlardan 377 ailə və ya 1411 nəfər Şuşa şəhərində yaşayır. Hazırda sözügedən rayonun Böyük Qaladərəsi kəndində 78, Kiçik Qaladərəsi kəndində isə 90 vətəndaşımız məskunlaşıb."Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına" uyğun olaraq məskunlaşmaya start verildi. İkinci Proqram çərçivəsində isə Şuşa rayonu daxil olmaqla işğaldan azad olunan ərazilərimizdə kütləvi məskunlaşma həyata keçiriləcək”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Noyabr 2026 11:05
Azərbaycanda əhalinin gəlirləri artacaq
03 Noyabr 2026 16:43
Türkiyənin turizm gəlirləri 2026-cı ilin ilk 9 ayında 51,3 milyard dollara çatıb - FOTOLAR
02 Noyabr 2026 19:25
Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər
02 Noyabr 2026 16:46
“Gözel Seeds” və ADA Universiteti aparıcı alimləri bir araya gətirdi - FOTOLAR
02 Noyabr 2026 15:45
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək
02 Noyabr 2026 10:50
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
30 Oktyabr 2026 18:23
“Azərsun Holdinq” qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
30 Oktyabr 2026 11:44


Bakı -°C

