“Başa düşülməyən tapşırıqlar əsasında düşündürücü testlər necə tərtib olunur?”
“BakuTv-nin aparıcısı Elçin Əlibəyli Orta məktəb dərsliklərinin təhlili mövzusunda maraqlı verilişlərə aparıcılıq edir. Pedaqoq, yazıçı Səhər Əhməd Orta məktəblər üçün yazılmış "Ədəbiyyat" və "Azərbaycan dili" dərsliklərindən külli plagiatlığı və saxta müəlliflərin imzası ilə çap olunmuş mətnləri ifşa etdi. E.Əlibəylinin "Fizika"dan Orta məktəb şagirdləri üçün yazılmış dərsliklərin müzakirəsində də anoloji biabırçılıqlarla rastlaşdıq”.
Adalet.az xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.
“Əməkdar elm xadimi, professor Şahlar Əsgərov və bir "Fizika" müəllimi ilə keçirilən müzakirədə məlum oldu ki, dərsliklərdə 286 məzmun səhvinə yol verilib.Həmin verilişdə Şahlar müəllim söylədiyi bir fikirlə təhsil menecerlərinin missiyasını ortaya qoydu: "Sizdən soruşuram, əgər Azərbaycana düşmən qüvvələrin hamısı bir yerə yığışsa, Azərbaycanın əlindən Qələbənin hörmətdən salmaq üçün hardan başlamalıdır, düşmən qüvvələri! Hardan? Əlbəttə ki, təhsildən. Başlıyıblar da!"Şahlar müəllimin oxşar fikrini mən dəfələrə söyləmişəm, ancaq nə faydası...Zəruri qeyd: Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadə dəfələrlə vurğulayıb ki, onun rəhbərlik etdiyi qurumun tərtib etdiyi test tapşırıqları Orta məktəb proqramlarından qətiyyən kənara çıxmır. Proqramlar əsasında yazılmış bütün fənlər uzrə dərsliklərin belə bərbad vəziyyətdə olması barədə nə üçün indiyə qədər ictimaiyyəti məlumatlandırmayıblar? "Ədəbiyyat" və "Azərbaycan dili", "Fizika", "Coğrafiya" və digər dərsliklərdə yer almış məzmunsuz, mənasız mətnlər, başa düşülməyən tapşırıqlar əsasında düşündürücü testlər necə tərtib olunur?”, - deyə sual edib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Noyabr 2026 17:02
Nazir Məleykə Abbaszadəni kollektivə təqdim etdi
18 Noyabr 2026 17:12
İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq
18 Noyabr 2026 13:06
"İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" - Nazir
17 Noyabr 2026 12:01
Ali təhsil müddəti 3 ilə endirilir?
17 Noyabr 2026 11:14
“7-ci sinif "Ədəbiyyat" dərsliyində şagirdlərə şərab təriflənir, qətl niyyətindən bəhs edilir.
17 Noyabr 2026 11:10
Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi
16 Noyabr 2026 09:53
Məktəblərdə payız tətili başladı
13 Noyabr 2026 13:31


Bakı -°C

