Hacı Allahşükür Paşazadə görüş keçirdi
Fevralın 20-də Qafqaz Müsəlmanları İdarəsində Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov arasında görüş keçirildi.
Görüşdə Bütün Qafqazın Şeyxinə Nizami Gəncəvi Mərkəzinin əsas istiqamətləri hər il keçirilən Qlobal Bakı Forumu barədə geniş məlumat verildi. O da vurğulandı ki, bu ilin 12-14 mart tarixlərində keçirilməsi planlaşdırılan XIII Qlobal Bakı Forumunda hər il olduğunu kimi bu il də bir sıra dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, dünyamiqyaslı ictimai siyasi xadimlər də daxil olmaqla ümumilikdə 450 qonağın iştirakı gözlənilir.
Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən Hacı Allahşükür Paşazadə bu gün dünyada mədəniyyətlərarası dialoq, tolerantlığın təşviq edilməsinin vacibliyini qeyd etdi. Daha sonra Qafqaz Müsəlmanları İdarəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında anlaşma memorandumu imzalandı. Memorrindumun əsas istiqmaətlərində Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi - Sülh quruculuğu və münaqişələrin qarşısının alınması üzrə əməkdaşlıq - Dini tolerantlıq və qarşılıqlı hörmət üzrə birgə təşəbbüslər - Ekstremizm və radikalizmə qarşı mübarizədə iştirak, humanitar və sosial rifah fəaliyyətlərinə dəstək və digər məsələlər öz əksini tapıb.
Digər Xəbərlər
21 May 2026 21:19
Kəlbəcərdə qış turizm kompleksi yaradılacaq
21 May 2026 18:00
Bu şəxslərə kirayəyə görə hər ay 100 manat veriləcək
21 May 2026 15:40
Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağdı - VİDEO
21 May 2026 15:18


Bakı -°C

