Hacı Əliyev yarımfinalda məğlub oldu - YENİLƏNİB

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksələ bilməyib.
Adalet.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda Rəhman Amuzadxəliliyə (İran) uduzub.
Əliyev sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.
***13:00
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.
Adalet.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi mübarizəyə başlayacaq. 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov 1/8 final mərhələsində Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
65 kq-da çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev eyni raundda Beka Lomtadze (Gürcüstan) / Aqustin Destribats (Argentina) duelinin güclüsü ilə, 97 kq-dakı Maqomedxan Maqomedov isə Nişan Randhava (Kanada) / Erik Tilye (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Yuşanq Bi (Çin) / Radoslav Martsinkeviç (Polşa) görüşünün güclüsü ilə döşək üzərinə çıxacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb.
Digər Xəbərlər

Bu gün Klublararası Dünya Çempionatının final matçı olacaq

"Kəpəz" müdafiəçisi ilə müqavilənin müddətini uzatdı

Azərbaycanın qadınlardan ibarət voleybol klubları avrokuboklara qatılmayacaq
