Hacıqabulda narkotik satanlar saxlanıldı - FOTO
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 6 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Nəcəfov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilib. Dindirilmə zamanı M.Nəcəfov narkotik maddəni tanışı Hüseyn adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Hüseyn Osmanov da saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 1kiloqram 28 qram olan heroin, bundan əlavə 17 bükümdə heroin və “patı” adlanan psixotrop maddə metamfetamin, bir kibrit qutusunda qablaşdırılmış marixuana və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı analoji əməllə məşğul olan 4 nəfər rayon sakini – Elvin Mehdiyev, Mübariz Abasov, Əlihəsən Cəfərov və Azər Həsənov saxlanılıblar. Saxlanılan şəxslərdən heroin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
18 Dekabr 2025 12:42
Qusarda qadın əri tərəfindən öldürüldü - YENİLƏNİB
18 Dekabr 2025 11:13
Özlərini jurnalist kimi təqdim edib pul tələb etdilər - Polis saxladı
18 Dekabr 2025 10:33
Saxta sənədlər hazırlayaraq vətəndaşlara qarşı dələduzluq etdi
17 Dekabr 2025 13:38


Bakı -°C

