adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Iyul 2021 13:42
17032
MƏMLƏKƏT

Hacıqabulda "patı" əməliyyatı, 51 yaşlı kişi saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.