Hakan Fidan: İrandakı savaş dərhal dayandırılmalıdır
İranın martın 13-də Türkiyəyə raket hücumu etməsindən sonra hər iki ölkə arasında təmaslar artıb.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan banqladeşli həmkarı Xəlilur Rəhman ilə mətbuata birgə bəyanatlar zamanı deyib.
"Bu savaş dərhal dayandırılmalıdır",- Hakan Fidan deyib və əlavə edib ki, ABŞ və İran danışıqlar masasına qayıtmalıdır:
"İsrailin də bölgədə yürütdüyü siyasətə göz yummaq olmaz. Netanyahu (İsrailin Baş naziri Benyamin – red.) hökumətinin İordan çayının Qərb sahilində apardığı siyasət problemin ikidövlətli (İsrailin Fələstin dövlətini tanıması) həllinə qarşıdır".
Banqladeşin XİN başçısı Xəlilur Rəhman ABŞ ilə İsrailin İrana hücumu və bundan sonrakı qiymət artımından bəhs edib, çünki enerji resurslarının idxalında problemlər yaranıb: "Biz bu hərbi toqquşmanın qısa zamanda tamamlanmasını istəyirik".
Digər Xəbərlər
13 Aprel 2026 20:00
Aya uçanlar market menecerindən də az maaş alır
13 Aprel 2026 19:46
Keçmiş prezident təqaüdündən narazıdır - "Kifayət etmir"
13 Aprel 2026 19:38
Netanyahu ilə Vens ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər
13 Aprel 2026 19:28


Bakı -°C

