adalet.az header logo
  • Bakı -°C
02 Aprel 2024 12:05
481
DÜNYA
A- A+

Hakan Fidan NATO XİN başçılarının toplantısında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsselə səfər edəcək.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi aprelin 3-4-də NATO-nun Baş Qərargahında keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir.

Hakan Fidanın görüş çərçivəsində ikitərəfli danışıqlar aparacağı da gözlənilir.