Hakan Fidan: Türkiyə Yaxın Şərqdə sülhə nail olmaq üçün bütün səylərini göstərəcək
Türkiyə Yaxın Şərqdə sülhə nail olmaq üçün bütün səylərini göstərəcək.
Adalet.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Qəzza ilə bağlı İstanbulda keçirilən görüşdən sonra bildirib.
O, tərəflərin yaxın günlərdə yaradılması planlaşdırılan Fələstin anklavında beynəlxalq sabitləşdirmə qüvvələrinin məqsədləri və tərkibini müzakirə etdiklərini vurğulayıb. Fidan həmçinin sabitləşdirmə prosesinin atəşkəs sazişini imzalayan ölkələrin vasitəçiliyi və Fələstin tərəfinin razılığı ilə aparılmalı olduğunu qeyd edib.
"Danışıqlarda iştirak edən ölkələrin nümayəndələri beynəlxalq sabitləşdirmə qüvvələrinin məqsədlərinə və səlahiyyətlərinə əsaslanaraq qərar verəcəklərini bildiriblər. Bizə gəldikdə isə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan atəşkəs sazişini imzalayan dörd liderdən biridir və Ankara regionda sülhə nail olmaq üçün bütün səylərini göstərməyə hazırdır. Diplomatik əlaqələrimiz və bu istiqamətdə səylərimiz davam edir", - Fidan əlavə edib.
Qeyd edək ki, görüşdə BƏƏ, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirləri iştirak ediblər.
Digər Xəbərlər
23 Oktyabr 2026 17:25
Blokada səbəbindən İranın cənub limanlarında idxal 25 % azalıb
23 Oktyabr 2026 17:00
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
23 Oktyabr 2026 16:48
Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşadılır
23 Oktyabr 2026 10:26
MICHELIN Guide Türkiyənin ilk ümummilli seçimi dekabrda açıqlanacaq
23 Oktyabr 2026 10:14
KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
23 Oktyabr 2026 10:07
“Bəlkə, bir az da irəli gedə bilərik” - Trampdan müəmmalı mesaj
23 Oktyabr 2026 10:05
“Ukrayna ilə sülh razılaşmasına hazırıq” - Putin
23 Oktyabr 2026 09:54


Bakı -°C

