"Hakimiyyət torpaqları rahat şəkildə Azərbaycana vermək üçün ssenarilər qurur"- Abramyan
Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl "Ermənistan hökuməti Azərbaycanla sülh gündəmini həyata keçirmək əzmindədir" açıqlamasını verəndən sonra erməni deputatların bir çoxu onun bu açıqlamasını tənqid edib.
Adalet.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib ki, "sərhədin demarkasiyası” prosesi çərçivəsində hökumət müxtəlif hüquq-mühafizə orqanları və kommunistlərin etibarlı şəxsləri vasitəsilə Tavuş bölgəsinə böyük miqyasda dezinformasiya yeridir. . O bildirib ki, hətta qonşu kəndlərdə də bir çox hallarda proseslə bağlı ziddiyyətli məlumatlar verirlər və bütün bunlar maskalanmış və kifayət qədər yaxşı işlənmiş ssenaridə baş verir:"Bu da ondan irəli gəlir ki, bir çox hallarda müzakirə olunan materialın mənbəyini müəyyənləşdirmək çox çətindir. Mövzu elə əlavələrə və müdaxilələrə məruz qalır ki, bilmirsən dürüst xəbər hansıdır. Çünki hakimiyyət mövzu ortaya gəlməmişdən əvvəl genişmiqyaslı informasiya hazırlıqları görüb və növbəti fırtınaya mükəmməl şəkildə hazırlaşır".
Qeyd edək ki, Abramyan ötən dəfəki sosial şəbəkə paylaşımlarında demarkasiya ilə bağlı belə bir fikir söyləmişdi:" Bütün bunlar Ermənistan hakimiyyətinin demarkasiya adı altında təqdim etdikləri Azərbaycanın tətbiq etdiyi güzəştdən və Azərbaycan ideyaları ilə həyata keçirilən kapitulyasiya prosesindən başqa bir şey deyil".
Əntiqə Rəşid
Digər Xəbərlər
06 Dekabr 2025 18:02
İlham Əliyev BƏƏ-nin şirkət rəhbərlərini qəbul etdi - YENİLƏNİB
06 Dekabr 2025 16:16
Hikmət Hacıyev Qriqoryanla müzakirə apardı
06 Dekabr 2025 16:00
Donald Tramp İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
06 Dekabr 2025 14:49
Böhrandan ən gözəl çıxış yolu toqquşmalardır... - Səxavət Məmməd yazır
06 Dekabr 2025 14:46
“Sarkisyan məktubda ümidsiz bir vəziyyətdə diz çöküb Putinə yalvarır...”
06 Dekabr 2025 14:03
Prezidentin köməkçisi Qətər Əmirinin müşaviri ilə müzakirə apardı
06 Dekabr 2025 12:05
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü
06 Dekabr 2025 11:12


Bakı -°C

