Hamilə qadın xəstəxanaya polis maşını ilə çatdırılır - VİDEO
Sumqayıtda hamilə qadın yolda köməksiz vəziyyətdə qalıb.
Adalet.az xəbər verir ki, hadisə bir neçə gün öncə Novxanı-Sumqayıt yolunda qeydə alınıb. Ətrafda yaşayan sakinlər restoranlardan birinin qarşısında polis avtomobili ilə başqa bir avtomobilin dayandığını və oradan qışqırıq səsləri gəldiyini bildiriblər.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə axşamı yolda xidmət aparan DYP maşınına bir avtomobil yaxınlaşıb. Sürücü maşındakı hamilə qadına kömək lazım olduğunu bildirib. Bundan sonra polis əməkdaşları qadını xidməti avtomobilə əyləşdirərək təcili xəstəxanaya çatdırıblar.
Məlumata görə, qadın Sumqayıt doğum evinə vaxtında çatdırılıb və o, sağlam doğuş edib.
Digər Xəbərlər
10 Noyabr 2026 11:13
Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi - VİDEO
08 Noyabr 2026 19:11
Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü
08 Noyabr 2026 11:42
Həmin tuneli yenə su basıbmış - VİDEO
07 Noyabr 2026 09:41


Bakı -°C

