05 Fevral 2025 12:32
162
GÜNDƏM

Haylar 3 gündür qondarma "artsax" əskisini qoruyur:"Onu heç kim sökə bilməz"

Artıq 3 gündür ki, Ermənistanda “Artsax bayrağı” polemikası davam edir.


Adalet.az xəbər verir ki, fevralın 2-də Ermənistanın Eçmiədzin şəhərinin Komitas meydanından Qarabağda ləğv edilmiş terrorçuların sevimli , amma həqiqətdə isə qondarma "artsax" ının "bayrağı" götürülüb.
Məlumatı öz Facebook səhifəsində şəhər Ağsaqqallar Şurasının üzvü, Eçmiədzin blokunun rəhbəri Sevak Xaçatryan yayıb.
Daha sonra hadisə şahidlərindən biri, Eçmiədzin sakini Armen Aleksanyan “Hraparak”a müsahibəsində deyib ki, hadisə gecə saatlarında baş verib. Metal bayraq dirəyi kəsilib, "bayrağ"ın özü isə götürülüb. Aleksanyan bu hadisənin ilk olmadığını, hətta əvvəllərdə təkrar olduğunu vurğulayıb.
Sakinlər bildirib ki, əski parçalarının meydandan yığışdırılmasını şəhər meriyası göstəriş verib:”Şəhər meriyasında Mamikon adlı işçidən soruşdum ki, bayrağı endiriblərmi? Cavab verdi: “Bəli, biz bunu etdik”. Əmri kimin verdiyini soruşduqda: “Özünüz təxmin etməlisiniz. Əmr yuxarıdan verilib”.
“Hraparak”ın müxbiri:” İndi vəziyyət necədir?”
Sakin:” Meriyanın qarşısında qoyduğumuz yeni bayrağın keşiyində üç nəfər dayanır”.
“Hraparak”ın müxbiri:” Sizcə, meriyası niyə belə addım atdı?”

Sakin:”Bunu demək çətindir. Bəlkə də onlar hesab edirlər ki, Artsax bayrağı Ermənistanda olmamalıdır. Görünür, Artsaxı sevməyənlər də var. Onların bütün fikri budur”.


Qeyd edək ki, 2023-cü ildə də belə olaylar baş vermişdi. Ermənistanın paytaxtı İrəvan şəhərində erməni separatçıların "bayrağı" cırıldı. 
Həmin vaxt iki qadın İrəvanın Sayat-Nova küçəsindəki reklam lövhəsindən "Artsax bayrağı"nı sökmüşdü. Bu da narazılığa səbəb olmuşdu .

 Əntiqə Rəşid