"4 ölkə İŞİD-lə mübarizə aparmaq üçün ortaq mexanizm yaradır" - Hakan Fidan

Türkiyə, Suriya, İraq və İordaniya İŞİD-lə mübarizə aparmaq üçün ortaq mexanizm yaradır.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Nazir qeyd edib ki, o, bundan əvvəl iordaniyalı və iraqlı həmkarları ilə müzakirələr aparıb: "Regional təhlükəsizlik, xüsusən də İŞİD-lə mübarizə üzrə ümumi mexanizmin yaradılması ilə bağlı razılıq var. Bu mexanizmin ilk iclasının yaxın vaxtlarda İordaniyada keçirilməsi planlaşdırılır".
Onun sözlərinə görə, sözügedən ölkələrin müdafiə nazirləri və kəşfiyyat təşkilatlarının rəhbərləri mexanizmə cəlb olunacaq.
Digər Xəbərlər

Fidan: Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı vaxtı ilə dediklərini indi ABŞ deyir

Rusiyadan sülh sazişi üzrə danışıqların başa çatmasına MÜNASİBƏT

Türkiyənin ədliyyə nazirindən terrorçulara XƏBƏRDARLIQ
