24 Aprel 2025 18:27
551
AVTOMABİL

Hazırda bu yollarda sıxlıq var - SİYAHI

Bakının bir çox yollarında tıxac müşahidə edilir.

Adalet.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

9. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

11. Təbriz küçəsi, "Nəriman Nərimanov" metro stansiyası istiqamətində;

12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

13. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

15. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

16. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

17. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

18. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

19. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;

20. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;

21. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;

22. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

23. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.