Həbsdə olan sabiq icra başçısından XƏBƏR VAR

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Adalet.az xəbər verir ki, Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şikayətini geri götürüb.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb.
Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.
Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
M.Quliyev 2011-ci ildən 2020-ci ilə qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Digər Xəbərlər

Qərbi Azərbaycanda cinayət törətmiş şəxslər məsuliyyətə cəlb olunacaq - Baş prokuror AÇIQLADI

Vaqif Xaçaturyanın cinayət işinə baxacaq hakim MƏLUM OLDU

“İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq” - Kamran Əliyev

“Ermənistanın mina və kütləvi məzarlıqlarla bağlı verdiyi xəritələr düz deyil” - Baş prokuror

"Könüllü təslim olsunlar" - Kamran Əliyevdən cinayət törətmiş ermənilərə MÜRACİƏT

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

Hərbçimizin şəhid olması faktı ilə bağlı cinayət işi açıldı
