Həbsxanalara xəbərdarlıqsız daxil ola bilən şəxslərin siyahısında dəyişiklik edildi
Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma qaydasında dəyişiklik edilib.
Adalet.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fərid Əhmədov müvafiq Qərar imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa uyğun olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılacaqlar.
Həmçinin, Azərbaycan Respublikasının ədliyyə naziri, ədliyyə nazirinin müavinləri (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan MR-ın ədliyyə naziri və onun müavini), Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəhbər heyəti və işçiləri, Cəzaların icrasına nəzarət baş idarəsinin rəhbər heyəti və işçiləri, Tibb baş idarəsinin rəhbər heyəti və işçiləri, Penitensiar xidmətin rəis müavinləri, Xidmətin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi, Əməliyyat-rejim idarəsinin rəisi və bu idarənin şöbə rəisləri maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılacaqlar.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri, Azərbaycan Respublikasının Ədliyyə Naziri, Ədliyyə Nazirinin müavinləri (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan MR-ın Ədliyyə Naziri və onun müavini), PX-nin rəis müavinləri, qərargah rəisi, Tibb baş idarəsinin rəisi və müavinləri, əməliyyat, rejim və nəzarət şöbələrinin rəisləri, habelə Ədliyyə Nazirliyi üzrə 29 iyun 2001-ci il tarixli 19-T nömrəli əmrin 1-ci bəndində göstərilən şəxslər maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılırlar.
Məlumat üçün bildirək ki, qərar dekabrın 29-da qəbul edilib, dekabrın 30-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, dekabrın 31-də qüvvəyə minəcək.
Digər Xəbərlər
20 Yanvar 2026 00:00
20 Yanvar faciəsindən 36 il ötür
19 Yanvar 2026 23:38
Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi - FOTO
19 Yanvar 2026 17:29
“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub - FOTO
19 Yanvar 2026 17:27
Aytəkin Cəfərova yeni quruma keçdi
19 Yanvar 2026 17:14
"Qarabağ"ın oyunu ilə bağlı Bakı metropolitenində iş saatı uzadılacaq
19 Yanvar 2026 16:59
Bakı metrosundan istifadə edənlərin sayı azalıb
19 Yanvar 2026 16:36
Məmurun əri videosuna görə üzr istədi
19 Yanvar 2026 16:04


Bakı -°C

