"Heç vaxt Messi kimi olmayacağam" - Yamal
İspaniya millisinin 16 yaşlı cinah oyunçusu Lamin Yamal “Barselona”nın sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi ilə müqayisə olunmasından danışıb.
Adalet.az xəbər verir ki, o, bu müqayisələrin düzgün olmadığını söyləyib:
“Messi ilə müqayisələr? Tarixin ən böyük futbolçusu ilə müqayisə olunmaq diqqəti yayındırır. Çünki sən heç vaxt onun kimi olmayacaqsan.
Messi ilə fotom ortaya çıxanda təbii ki, bundan xəbərim yox idi. Bu foto atamda hələ də var. Biz bu fotoları paylaşmamışdıq, çünki mənimlə Leo arasında müqayisə aparılmasını istəmədik”.
Xatırladaq ki, bundan əvvəl Lamin Yamal Avropa və dünya çempionatları tarixində ən gənc qol vuran futbolçu olub. Avro 2024-də Yamal 6 matçda iştirak edib, 1 qol vurub və 3 qolun ötürməsini verib. Bir neçə gün öncə Yamalla Messinin birgə fotosu yayılıb. Foto Yamal uşaq olarkən çəkilib. Bu şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Digər Xəbərlər
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11


Bakı -°C

