"Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır" -Prezident

Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında bildirib.
İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.
Digər Xəbərlər

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

"Azərbaycan qazına dünya bazarlarında böyük tələbat var" - İlham Əliyev

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı oldu - FOTOLAR + YENİLƏNİB

İlham Əliyev Adolfo Ursonu qəbul edib - FOTOLAR - YENİLƏNİB

Milli Məclis Çin ilə yeni müqaviləni ratifikasiya etdi

"Dünyanın məşğul olduğu məsələlərdən geridə qalırıq" - Deputat

"Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilib" - Spiker
