12 Sentyabr 2024 09:26
259
DÜNYA

HƏMAS atəşkəsə hazır olduğunu açıqladı

Xəlil əl-Hayyenin rəhbərlik etdiyi HƏMAS heyəti Dohada Qətərin baş naziri və Misir Kəşfiyyat direktoru ilə görüşdüyü bildirilib.

Adalet.az xəbər verir ki, bu barədə HƏMAS yazılı açıqlama yayıb. 

HƏMAS "ABŞ prezidenti Co Baydenin 31 may bəyanatı, Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi və iyulun 2-də əldə olunan razılaşmalar da daxil olmaqla, razılaşdırılmış atəşkəsin dərhal həyata keçirilməsinə hazır olduğunu" açıqlayıb.

Tərəflər Baydenin açıqladığı atəşkəs planına "yeni şərt irəli sürməkdən" imtina edilərkən, vasitəçilərin Qəzzada atəşkəsə nail olmaq, əsir mübadiləsi və İsrail ordusunun bölgədən çıxarılması səyləri təqdir edilib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden mayın 31-də İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim edib.  

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin açıqladığı atəşkəs layihəsinin İsrailin hazırladığı təklifdən fərqli olduğunu iddia edərək, yeni şərtlərin əlavə edilməsini istəyib.

Netanyahu İsrail işğalının Qəzzanı iki yerə bölən Netzarim dəhlizi və Qəzza zolağındakı Filadelfi dəhlizi və Misir sərhədində, eləcə də Rəfah Sərhəd Qapısında davam etməsini istəyir.