HƏMAS və İsrail girovların azad edilməsinə sabah başlayacaq

HƏMAS və İsrail girovların azad edilməsinə sabah başlayacaq.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, cümə axşamı əldə edilən atəşkəs razılaşmasının şərtlərinə əsasən, İsrail ordusuna Qəzzada ilkin geri çəkilməsini başa çatdırmaq üçün 24 saat vaxt verilib. HƏMAS isə geri 20-nin sağ olduğu düşünülən 48 girovu 72 saat ərzində azad etməlidir.
İsrail girovların qarşılığında 2000-ə yaxın fələstinli məhbusu azad edəcək.
“İsrail sizin yaxınlarınızın - bizim yaxınlarımızın, girovların azad edilməsi prosesinin bazar ertəsi səhər başlayacağına inanır. Yaşayan girovlar bizə təhvil veriləcək və ölən girovların qalıqlarının da bizə təhvil veriləcəyi gözlənilir”, - İsrail hökumətinin girovlar üzrə nümayəndəsi Qal Hirş bildirib.
O əlavə edib ki, ölən girovların cəsədləri kimliyi müəyyən edilmək üçün “ağrılı və hörmətli bir mərasimlə” Məhkəmə Tibb İnstitutuna təhvil veriləcək.