adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 May 2022 12:26
817
MARAQLI

Həqiqətənmi kişilər ağıllı qadınları sevmirlər?

Bünyamin Bünyadzadənin təqdimatında...

 Müxtəlif sosial araşdırmalar nəticəsində müəyyən olunub ki, kişilər adətən güclü və ağıllı qadınlarla daha məsafəli olurlar. Belə hesab olunur ki,  ağıllı qadınlarla istənilən münasibətdə problemlər daha çox ola bilər. Bəs həqiqətənmi kişilər ağıllı qadınları sevmirlər?
 
 Araşdırmalara görə kişilər hər zaman qadın və kişi münasibətlərində özlərini daha üstün görürlər...
         
 Bir qayda olaraq kişi – qadın münasibətləri müstəvisində kişilərin eqolarını şişirtmək üçün həmişə yaxşı səbəbləri var. Lakin, ətrafında hər hansı bir rəqib olan kimi narahatlıq keçirirlər. Bu "təhlükə" həm öz cinslərindən, həm də qarşı cinsdən yarana bilər. Əksər kişilər münasibətlərində bu qorxuya əsasən, bəzi seçimlər edirlər. Yəni, güclü və ağıllı qadınları özləri üçün bir təhlükə olaraq görüb, onlarla münasibət qurmaqdan çəkinirlər. Özləri arxa planda olduqda bu vəziyyət asanlıqla qısqanclığa çevrilə bilər.
 
    
Ağıllı qadınlara nəzarət ayrıca başağrısı ola bilər məsələsi...
 
   
Ümumi araşdırmalardan əldə olunan qənatlər görə kişilər hesab edir ki, daha çox ağıllı və mühakimə bacarığı olan qadın münasibətlə bağlı qərarlarda arxa planda durmayacaq. Hər zaman fikirlərini açıq şəkildə ifadə edəcəkdir. Kişilər isə maraqlarını təhlükəyə atmağı sevmir və alınan qərarların sorğulanmasını istəmirlər. Ağıllı qadınları isə idarə etmək daha çətindir. Ağıllı bir qadınla birlikdə olan kişi, münasibətdəki nəzarət mexanizminin məntiqi sərhədlər və qarşılıqlı empatiya çərçivəsində müəyyən edilə biləcəyini bilir. Bundan qorxan kişilər isə öz səlahiyyətlərini sarsıda bilmədikləri üçün ağıllı qadınlarla münasibət qurmaqdan çəkinirlər.
 
          
Eqosu və kompleksi olan kişi zəif qadına meyilli edir…
 
   
Yəqinliklə demək olar ki, kompleksi olmayan kişilər güclü bir qadınla birlikdə olmaqdan çəkinmirlər. Ancaq, zəif, kompleksli kişilər zəif qadınları seçir. Ağıllı kişilər isə ağıllı qadınlarla birlikdə olmaq istəyirlər. Güclü bir kişi niyə zəif bir qadının yanında olsun? Kompleks böyük bir zəiflikdir. Güclü bir qadın olsun, ya olmasın, kişinin gücünü burada başa düşmək olar. Hər uğurlu kişinin arxasında bir qadın olduğu kimi, hər ağıllı qadının da arxasında güclü və dərrakəli kişi dayanır.
 
               
Ağıllı və müdrik qadın kişinin yalanını dərhal bilir...
 
    
Həyatının mənası dürüstlük olan ağıllı qadınlara yalan danışmağı düşünməyin. Çünki, hər hansı bir yolla yalan danışdığınızı hiss edəcək. Bəli, biz insanıq və səhv edə bilərik. Güclü qadınlar da bu vəziyyəti başa düşəcək qədər yetkindirlər. Əgər, bir dəfə yalan danışsanız, bunun ardı gələcək və çıxılmaz vəziyyət olacaq.
 
                       
Belə qadınlar xəyanətə əsla dözə bilmirlər
 
      
Münasibətlə çərçivəsində ağıllı qadınların dözə bilməyəcəyi tək şey, onlara yalan danışan birisidir. Bu səbəbdən həyat yoldaşlarının sözünə etibar edə bilən biri olmasını istəyirlər. Əgər, hər hansı bir yolla yalan danışdığınızı hiss edirsə və ya verdiyiniz vədə əməl etmirsinizsə, çox məyus olacaqlar. Bu xəyal qırıqlığından qurtulmanın yeganə yolu sizi həyatlarından çıxarmaq ola bilər.