“Hərb sahəsi Anarın qanına, canına hopduğundan...”- Şəhid mayorun qardaşı...

“Bu gün Masallı rayonunun Ərkivan qəsəbəsində şəhid qardaşım mayor Anar Novruzovun doğum günü münasibətilə böyük bir tədbir keçiriləcək. İndi baş tutacaq tədbirə hazırlıq işləri gedir”
Bunu Adalet.az-a açıqlamasında 2020-ci ilin 12 iyul tarixində Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olan “Akula” ləqəbli mayor Anar Novruzovun qardaşı Südcəddin Novruzov deyib. Şəhid qardaşı tədbirə hər kəsin dəvətli olduğunu bildirib:
“Anar Novruzovun doğum günüylə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bunlardan biri də şəhidin dəfn olunduğu “Seyid Sadıq ağa” məqbərəsinin yanında saat 11:00-da baş tutacaq tədbirdir. Tədbirdə qonaqların, Anar Novruzovun cəbhə yoldaşlarının və məktəblilərin çıxışı gözlənilir. Ehsan süfrəsindən sonra isə qonaqlara xatirə hədiyyələri paylanılacaq”.
Anar Novruzov Azərbaycan Ordusunun peşəkar hərbçilərindən biri olub. Hərb sahəsi Anarın qanına, canına hopduğundan o, öz toyunda məclisə "əsgər marşı"nın sədaları altında daxil olub. Hərbçi dostları ilə bir yerdə mağara daxil olduqdan sonra toyunu "Qarabağ şikəstəsi" ilə yekunlaşdırıb.
Qeyd edək ki, Anar Novruzov 1976-cı il mayın 12-də Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Abbaslı məhəlləsində anadan olub. Mayor Anar Novruzov Tovuz döyüşləri zamanı şəhid olub. Ölkə başçısı tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn
Digər Xəbərlər

Sarıcalı və Ballıcaya qayıdış: daha 54 ailə yurduna döndü

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
