Hərbi formanı yalnız bu günlərdə geyinə biləcəklər

Azərbaycanda həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasının daşınması halları müəyyən edilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə” haqqında Əsasnamədə dəyişiklikdə öz əksini tapıb.
Əsasnaməyə əlavə edilməsi təklif edilən maddəyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə daşıya bilərlər.
Müzkirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər

DİN-dən bank kartları ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ - VİDEO

Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...

Hesablama Palatası Turizm Agentliyində yoxlamalara başladı

Bu şəxslərə dəfn xərcləri üçün müavinət verilsin - TƏKLİF

Qanunsuz ov ətləri ilə bağlı restoranlara xəbərdarlıq edildi

"Heyvanların kəsilməsi üçün yaş həddi müəyyənləşdirilsin" - Komitə sədri

Türkiyə səfiiri şəhid ailələri ilə görüşdü - FOTO
