Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr 2 dəfə artırılacaq
Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr 2 dəfə artırılacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər doqquz yüz manatdan min yüz əlli manatadək məbləğdə cərimə ediləcək.
Hazırda bu xətaya görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.
Həmçinin, layihəyə əsasən, Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə -
vəzifəli şəxslər dörd yüz manatdan alt manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək. Hazırda bu xətaya görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Digər Xəbərlər
25 Dekabr 2025 18:07
AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat dərc edildi
25 Dekabr 2025 16:11
TÜRKPA Azərbaycana başsağlığı verdi
25 Dekabr 2025 15:55
Patent almaq asanlaşır? - YENİ QAYDALAR
25 Dekabr 2025 14:30
"Ermənistandan mallar tezliklə Azərbaycana ixrac olunacaq" - Paşinyan
25 Dekabr 2025 14:20
Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət etdi
25 Dekabr 2025 14:10
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşuldu
25 Dekabr 2025 13:01
Elektron siqaretlərlə bağlı qadağaların tətbiqi müddəti dəyişir
25 Dekabr 2025 12:39


Bakı -°C

