Hesablama Palatası iki dövlət qurumunda yoxlamalar aparıb
Hesablama Palatası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyində və Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Adalet.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumda növbəti Kollegiya iclası keçirilib. İclasda auditor Vəfa Mütəllimovanın təqdim etdiyi "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsinə dair qərar qəbul olunub.
Agentliyin İdarə heyətinin sədri və Elm və Təhsil Nazirliyinin şöbə müdiri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.
Daha sonra auditor Hafiz İsmayılbəylinin təqdim etdiyi "Şahbuz Rayon İcra Hakimiyyəti və tabeli qurumları tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakından istifadəsinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.
İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə də baxılıb.
Digər Xəbərlər
24 Noyabr 2026 13:48
Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək
24 Noyabr 2026 13:43
Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur
24 Noyabr 2026 13:42
Vəzifəli şəxslər üçün bu məhdudiyyətlər olacaq
24 Noyabr 2026 13:42
Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar
24 Noyabr 2026 13:41
İanə alma ilə əlaqədar məhdudiyyətlər müəyyənləşir
24 Noyabr 2026 13:40
Vəzifəli şəxs maraqları üçün xidməti vəzifəsindən istifadə etməməlidir
24 Noyabr 2026 13:39
Bu əmlakların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək
24 Noyabr 2026 12:56


Bakı -°C

