"Həyat yoldaşın haradadır?" - Ərdoğandan Maska maraqlı sual - VİDEO
"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu, həmçinin "X" (Twitter) şirkətinin sahibi İlon Mask oğlu X Æ A-12 ilə birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə gəlib .
Adalet.az xəbər verir ki, görüşün videogörüntüsü yayılıb.
Görüş BMT-nin Nyu Yorkdakı mənzil -qərargahının yanındakı Türk Evində baş tutub . Türkiyə prezidenti qeyri-rəsmi söhbət zamanı amerikalı multimilyarderdən həyat yoldaşının harada olduğunu soruşub. Buna Musk cavab verib ki, onlar ayrılıblar və oğlunu böyütməyi öz üzərinə götürüb.
"O, San Fransiskodadır . Biz ayrıldıq, ona görə də oğluma qulluq edirəm”, - Mask deyib.
Milyarder məclis boyu uşağı qucağında saxlayıb.
Lil X-in anası müğənni Grimesdir. Formal olaraq, Grimes və Musk həyat yoldaşları deyildilər. Aralarında olan münasibət 2018-ci ildən 2021-ci ilə qədər davam edib. Lil X 2020-ci ildə anadan olub və cütlüyün ilk övladıdır. 2021-ci ilin dekabr ayında Musk və Grimesin Exa Dark Sideel adlı bir qızı olub.
Digər Xəbərlər
03 Yanvar 2026 00:00
Ukrayna kəşfiyyatına o rəhbərlik edəcək
02 Yanvar 2026 23:52
Gecə klubunda 40 nəfərin ölümünə nə səbəb olub?
02 Yanvar 2026 23:45
Tramp səhhətindən DANIŞDI
02 Yanvar 2026 23:36
Ancelina Coli Rəfah keçid məntəqəsini ziyarət edib
02 Yanvar 2026 23:23
BƏƏ Yəməndən sonuncu qoşunlarının çıxarılmasını təsdiqləyib
02 Yanvar 2026 23:09
"12 günlük müharibədən bəri İranın hərbi gücü xeyli artıb" - Nazir
02 Yanvar 2026 21:54
Medvedev ukraynalıları məhv etməyə çağırır
02 Yanvar 2026 18:45


Bakı -°C

