04 Mart 2024 14:41
4133
MARAQLI

Həyat yoldaşına yazdığı məktub 85 il sonra qızına çatdı

9 sentyabr 1914-cü ildə əsgər Thomas Hughes cəbhəyə gedərkən qayıqda həyat yoldaşına qısa bir məktub yazdı və onu şüşəyə qoyaraq dənizə atdı (La-Manş). 

Həmin şüşə 85 il sonra 1999-cu ildə balıqçı Steve Gowan tərəfindən tapıldı və Thomas Hughesin 86 yaşlı qızı Emiliyə çatdırıldı... 

Məktubda bunlar yazılmışdı: "Bəy və ya xanım, 1914-cü ilin sentyabr ayının 9-cu günündə cəbhəyə gedən zavallı bir ingilis əsgərinin məktubunun çatdıra bilərsinizmi? 

İmza - Əsgər T.Hughes, İkinci Durham Piyada, Üçüncü Ordu Korpusunun Ekspedisiya Qüvvələri" 

Thomas məktubun ikinci hissəsində həyat yoldaşına bunları yazmışdı: 

“Əziz həyat yoldaşım, bu məktubu qayıqda yazıram və sənə çatıb çatmayacağını görmək üçün dənizə atıram. Əgər məktubum sənə çatarsa, bu zərfin sağ tərəfində "çatdı" yazılan hissəni imzala. Məktubun çatma tarixini və saatını yaz, onu yaxşıca qoru... Hələlik şirinim, görüşənədək. Sənin ərin." 

Bu məktub heç vaxt Thomasın həyat yoldaşına çatmadı, lakin qızına çatdı. Thomas həmin məktubu yazdıqdan 2 gün sonra savaşda həyatını itirmişdi.

 

Emin