adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Aprel 2022 09:17
3082
LAYİHƏ

HƏYATININ GÜNƏŞİNİ SÖNDÜRMƏ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Zərərli Vərdişlərə Qarşı” ictimai birliyinin təşkilatçılığı ilə “Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində 27-29 aprel 2022-ci il tarixlərində Balakən rayonunun Zərifə Əliyeva adına orta məktəbində, M. Müşfiq adına Gərəkli kənd orta məktəbində, Zaqatala rayonunun 1 saylı orta məktəbində və Əliabad İslam Kollecində marifləndirici tədbir həyata keçirilmişdir.

Adalet.az xəbər verir ki, tədbirdə açılış çıxışı edən “Zərərli Vərdişlərə Qarşı” ictimai birliyinin sədri Zaur Oruçov layihənin məqsədi ve hədəfləri haqqında danışaraq qeyd etti ki, layihənin məqsədi, yeniyetmə və gənclərin zərərli vərdişlərlə (narkotik maddələrdən, tütün məhsullarından və alkoqollu içəcəklərdən) şüurlu şəkildə mübarizə aparmalarına dəstək olmaqdır. Bunun üçün mütəmadi olaraq yeniyetmə və gənclərlə maarifləndirmə işinin aparılmasının zəruriliyindən bəhsetti.

Daha sonra layihə iştirakçılarına zərərli vərdişlərin və aludəçiliyin fəsadları, zərəli vərdişlərlə mübarizə, aludəçiliyinin insan psixologiyasına mənfi təsirləri, narkotik maddələrin insan orqanizminə zərərləri və zərərli maddə təkliflərinə yox deməyi necə bacarmalı mövzularında iştirakçılara ətraflı məlumat verilib.

Layihə çərçivəsidndə tədbir təşkil olunan hər bir təhsil müəssisəsində zərərli vərdişlərin insana mənfi təsirlərini özündə əks etdirən 30 şəkildən ibarət karikatura sərgisi nümayiş etdirilmişdir.

Tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış “Həyatının günəşini söndürmə” kitapçası, buklet, qələm və bloknot hədiyyə edilib.